Search
460398

Azərbaycanda ilk dəfə beynəlxalq Startup Akademiyası təşkil ediləcək

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə ASAN Könüllüləri Təşkilatının təşkilati dəstəyi ilə “I Beynəlxalq Startup Akademiyası: Gəncə 2016” layihəsi həyata keçiriləcək.

Gəncə şəhərində keçiriləcək layihədə 20-si xarici olmaqla ümumilikdə 40 gənc iştirak edəcək.

Layihə çərçivəsində yerli və xarici ekspertlərdən ibarət olan təlimçilər qrupu innovativ-texnoloji layihələrin yaradılması, inkişaf elətdirilməsi mövzusunda öyrədici və istiqamətləndirici təlimlər aparacaqlar və gənclərin bu sahədə ideyalarını həyata keçirmək üçün qarşılarına çıxan problemlərin həll edilməsinə birbaşa köməklik göstərəcəklər.

Startup sahəsində təcrübə qazanmaq istəyən yerli və xarici gəncləri əhatə edəcək “I Beynəlxalq Startup Akademiyası: Gəncə 2016” layihəsinin əsas məqsədi innovasiyalar sahəsinə gənclərin marağını artırmaq, yeni texnoloji layihələrin yaradılmasına dəstək göstərmək, yerli və xarici iştirakçılar arasında ideya mübadiləsini stimullaşdırmaq , startup mədəniyyətini təbliğ etmək, potensial ideyaların reallaşdırılması məqsədi ilə beynəlxalq və yerli donorlar tərəfindən təcrübə və texniki dəstək imkanlarını yaratmaqdır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir