Search
2016-05-29-4lTIup-azerbaycanda-dovlet-rusumlarinin-xebersaati

Azərbaycanda dövlət rüsumlarının ödənişi dayandırılıb

Azərbaycanda “Modenis” şirkəti (eManat terminallar şəbəkəsinin sahibi) ödəmə terminalları vasitəsilə dövlət rüsumlarının ödənişini dayandırıb. Bu barədə şirkətdən məlumat verilib.

Hazırda vergi rüsumları və dövlət sosial sığorta üzrə ödəmələrlə əlaqədar ödənişlər edilməsi mümkün deyil.

Şirkətdən bildiriblər ki, həmin ödəmələrin həyata keçirilməsi maliyyə məsələsi ilə əlaqədardır: “Hazırda ödəmələrin bərpa edilməsi üzrə danışıqlar aparılır. Yaxın aylar ərzində bunun yenidən mümkün olacağı istisna edilmir”.

Hazırda ödəmə terminalları vasitəsilə Xırdalan şəhəri, Bakının Nəsimi, Yasamal, Nizami, Sabunçu rayonları üzrə bələdiyyə vergilərinin qəbulu həyata keçirilir.

Mənbə: Trend




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir