Search
depozit

Azərbaycanda bank depozitlərinin həcmi artıb

Azərbaycanda qeyri-rezidentlər və dövlət orqanlarının depozitləri də daxil olmaqla cəmi bank depozitlərinin həcmi 2016-cı il aprel ayının 1-nə 23 121,6 mln. manat təşkil edib.  Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi xəbərə görə, depozitlərin həcmi martın 1-nə olan göstərici ilə müqayisədə 1 836,2 mln. manat və ya 8,63%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 4 602,5 mln. manat və ya 24,8% artıb.

Manatla depozitlərin həcmi bir ayda 222,6 mln. manat və ya 5,3% artaraq 4 401,2 mln. manata, o cümlədən müddətsiz depozitlər 176,3 mln. manat və ya 9,2% artaraq 2 085.1 mln. manata, müddətli depozitlər isə son bir ayda 46,3 mln. manat və ya 2% artaraq 2 316,1 mln. manata çatıb.

Xarici valyutada olan depozitlərin həcmi isə martda 1 613,8 mln. manat və ya 9,4% artaraq 18 720,5 mln. manat təşkil edib. Xarici valyutada müddətsiz depozitlərin həcmi son bir ayda 889,3 mln. manat və ya 19% artaraq 5 574,8 mln. manata, müddətli depozitlər isə 724,5 mln. manat və ya 5,8% artaraq 13 145,7 mln. manata yüksəlib.

“Depozitlərin həcminin artması mart ayında Azərbaycanda dolların məzənnəsinin yüksəlməsi ilə izah olunur. Əhalinin gəlirlərinin azalması fonunda xərclərinin artması və manatın apreldə möhkəmlənməsi ilə növbəti, aprel statistikasında depozit portfelinin azalacağı ehtimal edilir”, – deyə “Report”un analitikləri qeyd ediblər.

Mənbə: Report




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir