Search
14668861645959037975_1000x669

Azərbaycanda Bələdçilər Assosiasiyası yaradılacaq

Ökəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılması, müvafiq turizm infrastrukturunun yaradılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, beynəlxalq tədbir və idman yarışlarına ev sahibliyi etməsi və digər məqsədyönlü görülən işlər Azərbaycanda gəlmə turizmin inkişafına böyük təkan verir.

Azərbaycanda turizmin inkişafı və xarici turistlərin sayının artması peşəkar turizm bələdçilərinin fəaliyyətinə olan tələbatı artırır.

Bununla əlaqədar, 24 iyun 2016-cı il tarixində Azərbaycan Milli Kitabxanasında bələdçilərin fəaliyyətinin tənzimlənməsi və peşəkarlığın artırılması, respublika ərazisində bələdçilik fəaliyyəti ilə məşğul olan müstəqil bələdçilərin Mədəniyyət və Turizm Nazirliyinin Attestasiya Komissiyası tərəfindən akkreditasiyadan keçirilməsi və bələdçilik kartının alınması, siyasi təhlükəsizlik prinsiplərinin qoruması kimi məsələlərin müzakirə olunması, həmçinin Bələdçilər Assosiasiyasının yaradılması məqsədilə görüş keçirilmişdir.

Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri və peşəkar bələdçilər iştirak etmişlər. Görüş zamanı ölkəmizə gələn qonaqlara və turistlərə ekskursiya xidməti göstərən bələdçilərin fəaliyyətində mövcud olan problemlər müzakirə olunmuş və onların həlli istiqamətində fikir mübadiləsi aparılmışdır.

Sonda bu görüşlərin mütəmadi olaraq keçirilməsi, Bələdçilər Forumunun təşkil olunması və növbəti iclaslarda konkret tədbirlərin görülməsi təklif olunmuşdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir