Search
665906_485095

Azərbaycanda aptek və xəstəxanalar elektronlaşdırılıb

Azərbaycanda aptek və xəstəxanalar elektronlaşdırılıb.
Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin informasiya siyasəti şöbəsinin müdiri Arzu Mirzəyev bildirib ki, Bakıda dövlət tərəfindən imtiyazlı xəstələrə pulsuz dərmanların verildiyi apteklərin hamısında bu sistem tətbiq edilib.
Onun sözlərinə görə, bütün imtiyazlı xəstələr qeydiyyata alınır və onlara verilən reseptlər, dərmanlara nəzarət olunur. A. Mirzəyev qeyd edib ki, Bakı şəhəri üzrə belə apteklərin sayı 24-dür: “Poliklinikalarda qeydiyyatda olan imtiyazlı xəstələr bu apteklərdən dövlət tərəfindən pulsuz dərmanları ala bilirlər. Regionlarda da bu işlər tədricən icra olunur”.
Nazirlik rəsmisi vurğulayıb ki, xəstəxanaların elektronlaşması hissə-hissə həyata keçirilir. Onun sözlərinə görə, xəstəxanaya stasionar xəstə daxil olduqda, qeydiyyata düşür, onunla bağlı ilkin məlumatlar və hansı şikayətlə gəldiyi, xəstəxanadan çıxarkən aparılan bütün müayinələr, verilən dərmanlar, həkim tərəfindən təyin edilən diaqnozlar qeydə alınır: “Bunun adı forma 66-dır. Əvvəllər bu kağız formada olurdu, artıq bu sistem elektronlaşdırılıb. Stasionar fəaliyyətə dair bütün hesabatlar elektron formadadır”.
APA



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir