Search
cenubi_qafqaz_qaz1466968686

Azərbaycana 50 milyard dollar qazandıracaq layihə

“Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi Azərbaycana karbohidrogen satışından və nəqlindən təxminən 30-50 milyard dollar qazanmasına imkan verəcək. Bunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümov “Caspian Energy” nəşrinə müsahibəsində bildirib.

Ş. Mövsümov qeyd edib ki, bu, ilkin məlumatdır.

Onun sözlərinə görə, layihə həm Azərbaycanın daxilində, həm də regionda iqtisadiyyatın və infrastrukturun inkişafına imkan yaradır.

Modern.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir