Search
560479_486822

Azərbaycan Ümümdünya Turizm Təşkilatının sədri seçildi

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti 31 oktyabr 2016-cı il tarixində Misirin Luksor şəhərində keçirilən Birləşmiş Mİllətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü Sessiyasında iştirak etmişdir.
Azərbaycan öz namizədliyini sədrliyə təqdim edib, aparılmış danışıqlar nəticəsində və üzv ölkələrin dəstəyi ilə ölkəmizin sədrliyi təsdiqlənib.
Sədrin birinci müavini Zambiya, ikinci müavini isə Serbiya seçilib.
Bununla bağlı, Azərbaycan adından sədr qismində çıxış edən Əbülfəs Qarayev sədrlik müddətində Ümumdünya Turizm Təşkilatı tərəfindən turizmin inkişafı və insanların rifahına töhfə verməsi, həmçinin 2017-ci ilin “İnkişaf naminə davamlı turizm beynəlxalq ili” olduğunu nəzərə alaraq, bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləyəcəyini bildirib.
“Azərbaycanın Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi və təşəbbüsü ilə turizm sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq, ölkəmizin beynəlxalq turizm məkanında qazandığı nüfuz və etimadın, habelə BMT sisteminin ixtisaslaşmış təşkilatı olan ümumdünya Turizm Təşkilatının və İcraiyyə Şurasına üzv olan dövlətlərinin ölkəmizə olan etibarının göstəricisidir”,-deyə nazirlikdən bildirilib.
Modern.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir