Search
22172

“Azərbaycan Beynəlxalq Bankı”nda yeni təyinat

“Azərbaycan Beynəlxalq Bankı” ASC-də (ABB) yeni təyinat olub. Əldə edilən məlumata görə, Bankın İdarə Heyətinin sədri Elmar Məmmədov Nəbi Əliyevi özünə müşavir təyin edib.

N.Əliyev buna qədər Azərbaycan Mərkəzi Bankının ləğv edilmiş Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamenti xarici nəzarət şöbəsinin müdiri olub. Departamentin ləğvinə səbəb isə onun funksiyalarının Maliyyə Bazarlarına Nəzarət Palatasına keçməsidir.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641 287 250 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,27 manat olan təxminən 2 375 138 000 səhm əsasında formalaşıb.

Səhmlərin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i “Aqrarkredit” bank olmayan kredit təşkilatına, qalan 17,78%-i isə qeyri-dövlət müəssisələri və fiziki şəxslərə məxsusdur.

Report




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir