Search
4U3A2354

“Azər-Türk Bank”dan növbəti yenilik – Asan İmzanın tətbiqi ilə internet bank xidməti istifadəyə verilir

Hər zaman öz müştərilərinin rahatlığını düşünən Azər-Türk Bank daha bir yeniliyi təqdim edir.  Belə ki, korporativ müştərilərə müasir və təhlükəsiz internet bankçılıq xidməti göstərmək məqsədi ilə “E-bank” xidməti yaradılmışdır.

“Etibar etdiyiniz ünvan” şüarı ilə fəaliyyət göstərən Azər-Türk Bank bu xidmət vasitəsilə müştərilərinə maliyyə əməliyyatlarını sürətli və daha təhlükəsiz şəkildə həyata keçirmək imkanını yaradır.

“E-bank” məhsulu “Asan İmza” mobil elektron imza ilə inteqrasiya olunmuş internet bankçılıq proqramıdır. “Asan İmza” mobil telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi və elektron imza vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. Bu texnologiyanın üstün cəhətlərindən biri smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. İstifadə üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.

Ölkədə ilk dəfə Azər-Türk Bank daxil olma və təsdiqləmə üsulu yalnız “Asan İmza” olan İnternet Bank xidmətini tətbiq edir. Belə ki, sistemdən istifadə zamanı digər ənənəvi giriş üsullarına (istifadəçi adı, şifrə və s.) və müştəri tərəfindən əlavə eyniləşdirmə məlumatlarının daxil edilməsinə ehtiyac olmur.

“E-bank”  xidmətini tətbiq etməklə korporativ müştərilər və fərdi sahibkarlar öz hesablarını İnternet vasitəsilə dünyanın istənilən nöqtəsində, günün istənilən vaxtı məsafəli şəkildə nəzərdən keçirə, idarə edə bilər. Bununla yanaşı, şirkət əməkdaşlarının Banka gəlmələrinə ehtiyac olmadığı üçün iş vaxtlarının daha səmərəli istifadə etmələrinə imkan yaranacaq. Xidmətin növbəti üstünlüyü ondan ibarətdir ki, istifadə üçün xüsusi avadanlıq və ya proqram təminatına ehtiyac olmadan, standart internet brauzerindən istifadə etməklə yararlanmaq mümkündür.

“Oracle FLEXCUBE Direct Banking” modulu əsasında qurulmuş xidmətin tətbiqi Ukraynanın “Datas Technology” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilmişdir.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından,  sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Очередное новшество от Azer Turk Bank – интернет банкинг с внедрением подписи Asan İmza

Заботящийся о комфорте своих клиентов Azer Turk Bank представил еще одно новшество. Так, для оказания корпоративным клиентам банка современных и безопасных услуг интернет банкинга был создан продукт “E-bank”. Функционирующий под девизом «Адрес, которому Вы доверяете» Azer Turk Bank посредством этой услуги создает своим клиентам возможности проведения финансовых операций быстро и безопасно.

Основное отличие “E-bank”  в его интегрировании с мобильной электронной подписью “Asan İmza”. “Asan İmza” – современная технология, позволяющая использовать телефон как цифровое удостоверение личности и электронную подпись. Отсутствие необходимости использования дополнительных устройств и программного обеспечения для считывания смарт-карт является одним из преимуществ этой технологии. Для аутентификации и электронной подписи достаточно наличие мобильного телефона с SIM-картой, в которой хранятся цифровые ключи  аутентификации и подписи.

Впервые в стране именно Azer Turk Bank внедрил услугу интернет банкинга для входа и подтверждения операций в которой достаточно только применение технологии Asan İmza. Так, во время работы с системой отпадает необходимость в использовании традиционных способов входа (логин, пароль и пр.) и вводе прочей информации для идентификации клиента.

С “E-bank” корпоративные клиенты и индивидуальные предприниматели смогут контролировать и управлять своими счетами удаленно посредством интернета с любого места и в любое время. Наряду с этим, из-за возможности удаленного доступа, сотрудники компании смогут более плодотворно распределить свой дневной график, в котором ранее определенное время отвадилось походу в банк. Очередным преимуществом услуги является и возможность использования стандартного браузера, без специального оборудования и программного обеспечения.

Отметим, что внедрение данного продукта на базе модуля «Oracle FLEXCUBE Direct Banking» было осуществлено при сотрудничестве с украинской компанией “Datas Technology”.

75% акций ОАО Azer Turk Bank, основной миссией которого является финансовая поддержка реальному сектору экономики, принадлежит правительству Азербайджана. С более подробной информацией о банке, точках обслуживания, продукции и услугах можно ознакомиться на официальном сайте банка: www.azerturkbank.az, корпоративных страницах в социальных сетях или позвонив в Информационный центр Банка по номеру (012) 945.

Another innovation from Azer Turk Bank- internet banking services are now supported with Asan İmza

Azer Turk Bank, which always strives for convenience of its customers, offers another innovation.

Thus, to provide corporate clients with modern and secure internet banking services the Bank has established “e-banking” service. By this service Azer-Turk Bank, operating under the slogan  “The address which you trust”, enables customers to carry out financial transactions faster and in more secure way. The “E-banking” product is an internet banking program integrated with “Asan İmza” (Easy Signature) mobile e-signature. “Asan İmza” is a secure technology enabling using of a mobile phone as a digital identity and e-signature tool. The main advantage of “Asan İmza” technology is no requirement of using additional devices and software for reading a smart card. A mobile phone and a SIM card storing authentication and e-signature digital keys are sufficient for starting using Asan İmza. First time in the country Azer-Turk Bank applies Internet Banking service which is supported only by “Asan İmza” for authentication and confirmation. Therefore, customers don’t need to provide any additional identification information as they used to insert traditionally (user name, password, etc.). Using the “E-banking” service corporate customers and individual entrepreneurs can control their accounts through the Internet from anywhere in the world at any time of a day. Besides, those customers can efficiently use their valuable time without coming to the Bank. Another advantage of the service is that it is available from standard internet browsers without using special equipment or software. The application of the service based on “Oracle FLEXCUBE Direct Banking” module was implemented in cooperation with Ukraine’s “Datas Technology” company.

Azer Turk Bank OJSC, which has identified financial support to the real sector of the economy as its main mission, by 75% is owned by the Government of Azerbaijan. More information about the Bank, its service network, products and services is available at www.azerturkbank.az, the Bank’s corporate pages at social networks or at (012) 945 Call Center.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir