Search
banknews.az_2016-08-11_08-45-50-400x260

“Azər Türk Bank” yeni dizaynlı ödəniş kartlarını təqdim edir

Azər Türk Bank milli irsimizin qorunması və yaşadılması məqsədilə yeni layihəyə imza atıb. Bank yeni istifadəyə verdiyi “VİSA” növlü kartlar üçün hazırladığı dizaynları təqdim edib. Hər bir Azərbaycan vətəndaşının üzərində Vətənin bir parçası bilib qürurla daşıması üşün əsas verən dəyərlərimizin həkk olunduğu kartların dizaynında istifadə olunmuş elementlər milli irsimizin qorunması və yaşadılması məqsədi daşıyır.

Vüqarlı zirvələrimizdən olan Kəpəz dağının “VISA Gold” kartının üzərində həkk olunması Bankın öz müştərilərinə xidmət göstərməkdən hər zaman qürur duymasından və bu xidmətin səviyyəsini daim yüksəltməklə yeni zirvələri fəth etmək iddiasından xəbər verir.

Üzərində təbiətimizin nadir incilərindən olan, adı “Qırmızı Kitab”a düşmüş cəsur Qafqaz pələnginin təsvir olunduğu “VISA Infiniti” kartı isə sahibinə bütün hallarda Banka güvənib cəsarətlə qərar verə biləcəyini təlqin edir.

“VISA Platinum” kartları üzərində floramızın unikal bitkilərindən olan dəmirağacının əks olunması Bankın müştəriləri ilə uzunmüddətli və möhkəm əlaqələrini simvolizə edir.

Həyat eşqi və enerji simvolu olan narın “VISA Classic” kartlarının üzərində yer alması xoşbəxt gələcəyini qurmaq istəyən hər bir müştərinin bu yolda Banka tam etimad göstərə biləcəyinə bir işarədir.

Strateji məhsulumuz olan ağ qızıl – pambıq Bankın VISA Electron kartlarının üzərində təsvir olunub və bankla müştərilərin şəffaf, strateji münasibətlərinin rəmzidir.

Azər Türk Bank xüsusi dizaynlı “Visa” kartlar üçün yeni videoçarxı da təqdim edib.

Qeyd edək ki, Bank tərəfindən təqdim olunan “VİSA” və “MasterCard” növlü kartlar dünyanın 200-dən çox ölkəsində bir neçə saniyə ərzində ticarət və xidmət müəssisələrində təhlükəsiz, asan və sürətli ödəniş etmə imkanı yaradır.

Həmçinin, Azər Türk Bankın bugünlərdə ödəniş kartı sahiblərinə təqdim etmiş olduğu “paywave” və “paypass” xidmətləri müştərilərə müvafiqPOS-terminallarda bir toxunuşla ödəniş etmək imkanı verir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir