158636_484155

Azərbaycanda kredit büroları yaradılacaq – VİDEO

Azərbaycanda kredit büroları yaradılacaq. Bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, kredit bürolarının yaradılması fiziki və hüquqi şəxslərin maliyyə xidmətlərinə çıxışını yaxşılaşdıracaq. Burada bank və digər borcverən təşkilatlardan borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, gəlirlərinin əks olunduğu məlumat bazası formalaşacaq. Beləliklə, borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq.
Kredit bürolarının yaradılmasında 15 bank iştirak edəcək. Bank sektorunda aktivlərin və kredit portfelinin təxminən 80%-ə malik olan bu banklar artıq təşəbbüs qrupu yaradıb.
Qanun layihəsi Milli Məclisin Plenar iclasına tövsiyə edilib.
xezerxeber



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir