azerturk_bank_061115

“Azər Türk Bank” gücləndirilmiş iş rejimində çalışır

Azər Türk Bankın Bakı şəhərində və respublikanın regionlarında yerləşən xidmət ofisləri bu gün gücləndirilmiş iş rejimində çalışır. Müştərilər səhər saat 9.30-dan axşam saat 17.00-a qədər Bankın şöbə və filiallarına (Bankın “ASAN xidmət” mərkəzlərində yerləşən Masallı filialı, Qəbələ şöbəsi və 1 saylı şöbəsi istisna olmaqlamüraciət etməklə çoxsaylı bank əməliyyatlarını həyata keçirə bilərlər. Bura fiziki və hüquqi şəxslərə bank hesablarının açılması, fiziki şəxslərə depozit hesablarının açılması, valyuta mübadilə əməliyyatlarının həyata keçirilməsi, nağdsız pul köçürmələri, ölkədaxili sürətli pul köçürmələri, şəxsi hesabdan nəğd vəsaitin çıxarılması, hökümət ödəniş portalı üzrə əməliyatların aparılması və digər bank əməliyyatları daxildir. Müştərilər həmçinin Azər Türk Bankın müxtəlif növlü ödəniş kartlarını da sifariş verə bilərlər.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyi verən “Azər Türk Bank” ASC 11 xidmət məntəqəsi ilə müştərilərin xidmətindədir. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir