Search
Aydin H

Aydın Bəy, Doğum gününüz mübarək!

Bu gün Aydın Hüseynovun doğum günüdür.

Bu münasibətlə Aydın müəllimi dostları, çalışmış olduğu çoxsaylı əmək kollektivləri və RabitəBank ailəsi təbrik edir.

Hüseynov Aydın Hüseyn oğlu 21 May 1979-cu ildə Ağsu şəhərində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhərində yerləşən Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyi bitirmişdir.

1996-2000-ci illərdə Türkiyə  Cümhuriyyətnin Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Bakalavr, 2000-2002-ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Magistr və 2002-2005-ci illərdə həmin Universitetdə Tətbiqi Riyaziyyat ixtisası üzrə Doktorantura təhsilini tamamlayaraq Riyaziyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır. Fəlsəfə Doktoru elmi dərəcəsi Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya olunmuşdur. 2014-cü ildən başlayaraq Bakı Dövlət Universitetində Riyazi İqtisadiyyat Kafedrasında Elmlər Doktoru elmi dərəcəsi üçün təhsilini bu günə qədər davam etdirməkdədir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı verilmişdir.
Qeyd edək ki, Aydın Hüseynov əmək fəaliyyətinə 2007-ci ilin Aprel ayından Yapı Kredi Bank QSC-də Kreditlərin Təhlili Departamentinə Mütəxəssis olaraq başlamışdır. 2008-2009-cu illərdə həmin bankda Fondların İdarə Edilməsi Departamentində  Mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir. Paralel olaraq Yapı Kredi İnvest MMC-də Qiymətli Kağızlar üzrə broker və diler kimi işləmişdir. 2009-2012-ci illərdə TuranBank ASC-də Birja Əməliyyatları Şöbəsində müdir, 2012-ci ildən 2014-cü ilin Mart ayına qədər isə Risklərin İdarə Edilməsi Departamentində Direktor vəzifəsində çalışmışdır.
2014-cü ilin Mart ayından etibarən  Rabitəbank ASC-də Risklərin İdarə Edilməsi Bloku üzrə Baş Direktor vəzifəsində işləyən A.Hüseynov 2016-cı ilin 22 Yanvar tarixindən etibarən isə Rabitəbankın İdarə Heyətinin Sədrinin Müavini vəzifəsini icra etməyə başlamışdır.

Biz də taraz.az olaraq Aydın müəllimi təbrik edir və gələcək karyerasında uğurlar arzu edirik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir