Search
axa_mbask_ofice_050813

“AXA MBASK” sığorta şirkətinin fevral ayına olan nəticələri

“AXA MBASK” sığorta şirkəti fevral ayı üzrə fəaliyyətinin nəticələrini açıqlayıb. Şirkətdən verilən məlumata görə, ay ərzində toplanan ümumi sığorta haqqlarının məbləği 1 603 257 manat olub.

Sığorta şirkəti yığımlarının 43,6%-ni ödəniş olaraq müştərilərinə geri qaytarıb. Belə ki, bir ayda 450 sığorta hadisəsi üzrə 700 196 manat ödəniş verilib. Sığorta ödənişlərinin 76,8%-i avtomobil qəzalarına görə həyata keçirilib. Avtomobilin icbari sığortası üzrə 327 hadisə üzrə 368 192 manat, kasko sığortaya görə 118 hadisə ilə bağlı 169 329 manat, avtomobillərin mülki məsəliyyətinin könüllü sığortası üzrə isə 2 qəza üzrə 350 manat ödəniş edilib.

Fevralda “AXA MBASK”ın tibbi sığorta xərcləri 160 003 manat olub. Bundan əlavə fərdi qəza və xəstəlik sığortası üzrə 859 manat, yük sığortası üzrə 632 manat, mülki məsuliyyət sığortası ilə bağlı 600 manat və əmlakın yanğından və digər rikslərdən sığortası üzrə 230 manat ödəniş edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir