Search
AXA

“AXA MBASK” növbəti kursu yekunlaşdırdı

“AXA MBASK” sığorta şirkətinin “AXA MBASK Akademiya” proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün keçirdiyi “Sığorta işinin təşkili” adlı növbəti nəzəri kurslar başa çatıb.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, iki gün davam edən kurs çərçivəsində tələbələr şirkətin iş xüsusiyyətini öyrənərək, sığorta məhsullarının satış texnologiyası, anderraytinq, şirkətin sənəd dövriyyəsi, sığorta hadisələrin tənzimlənməsi sahəsində biliklər, eləcə də risklərin idarə edilməsi üzrə ixtisaslaşdırılmış məsləhətlər əldə ediblər. Mühazirələr “AXA MBASK”ın menecerləri və aparıcı mütəxəssisləri tərəfindən aparılıb.

Kursun sonunda 75 tələbəyə müvafiq sertifikatlar təqdim edilib. Bundan əlavə, bütün tələbələr praktiki kurslara dəvət olunub. Praktiki kursun nəticələrinə görə, ən uğurlu tələbələr şirkətdə gələcəkdə onlara sığorta sahəsində karyera qurmaq imkanı yaradan yay təcrübəsi keçmək imkanı qazanacaqlar.

Mənbə: AzərTac




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir