Search
apple

“Apple” şirkəti “Beats Electronics” qulaqcıq istehsalçısını və “Beats Music” xidmətini satın alıb

ABŞ-ın “Apple” şirkəti “Beats Electronics” qulaqcıq istehsalçısını və “Beats Music” musiqi xidmətini 3 milyard dollara satın alıb. “ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, sazişə əsasən, Cimmi Ayovin və məşhur reper Dr.Dre “Apple” şirkətində işləyəcək.
Xatırladaq ki, “Beats Electronics” bahalı qulaqcıqlar, audiokolonka və proqram təminatı hazırlayır, həmçinin istifadəçilərə abunə haqqı ödəməklə rəqəmli fonotekaya çıxış təklif edən məşhur “Beats Music” onlayn xidmətini idarə edir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir