Search
banknews.az_A.Bayramov 2

ANAR BƏY! Doğum gününüz mübarək!

Bu gün Tanınmış marketoloq, biznes menecment və strateji menecment üzrə ekspert Anar Bayramov-un doğum günüdür. Anar müəllimi tanıyan hər kəs: Marketing AİR məzunları, işlədiyi şirkətlərin əmək kollektivi və çoxsaylı “Dəmir-Bank” ailəsinin üzvləri onu 31 yaşı münasibəti ilə təbrik edir və işgüzar fəaliyyətində uğurlar arzu edir.

Anar Bayramov KİMDİR?

O, 1985-ci ildə İsmayıllı şəhərində anadan olmuşdur.

Gənc olmasına baxmayaraq O, həyatda çeşidli uğurlara nail olmuşdur.

2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisasına qəbul olmuş. 2-ci kursdan müsabiqə yolu ilə həmin ixtisasın ingilis dilli qrupuna (Xüsusi İstedadlar Qrupu) keçirilmişdir və 2006-cı ildə bakalavr pilləsini əla qiymətlərlə başa vurmuşdur.

Hərbi xidməti bitirdikdən sonra, 2008-2010-cu illərdə İqtisad Universitetində magistr dərəcəsi almışdır.

Əmək fəaliyyətinə tələbəlik illərində başlayan A. Bayramov 2005-2008-ci illərdə MÜLLER İNTERYER şirkətində mühasib, baş mühasib, maliyyə direktoru vəzifələrində çalışmış və 2008-2011-ci illərdə Şirkətin direktoru olmuşdur.

2011-2012-ci illərdə EUROLUX şirkətinin biznesin inkişafı üzrə meneceri, 2012-ci ilin may-iyul aylarında IDEA şirkətində Baş direktorun müavini olmuşdur.

2012-ci ilin iyul-sentyabr aylarında ORO MEBEL şirkətində Baş Menecerin müavini və 2012-ci ilin oktyabr ayından 2013-cü ilin dekabr ayına kimi ORO MEBEL şirkətinin Baş Meneceri olmuşdur.

2013-cü ilin dekabr ayından 2014-cü ilin iyul ayına kimi AZGRANATA DISTRIBUTION şirkətində Baş Menecer, daha sonra, 2014-cü ilin iyul ayından 2015-ci ilin may ayına kimi AZGRANATA şirkətinin vitse-prezident işləmişdir.

2015-ci ilin iyul ayından DəmirBank ASC-nin Marketinq Departamentinin Direktorudur.

Eyni zamanda İqtisad Universitetinin MBA proqramında Menecment və Marketinq üzrə mühazirələr oxuyur.

O, “Biznes nə istəyir?” (Bakı-2015) və “Biznes və Menecmentin Əsasları” (Bakı-2011) kitablarının müəllifidir.

Marketing AİR təlimlərinin və FMR Marketing TV-nin həmtəsisçisi, Milli Marketinq Forumunun (MMF) təsisçilərindən və təşkilatçılarından biridir.

A.Bayramov müxtəlif yerli şirkətlərə rəhbərlik edərək, idarəetmə zamanı müasir menecment alətlərindən peşəkar istifadə etmiş və uğurlu nəticələrə imza atmışdır. O praktiki olaraq biznesin idarə olunması zamanı “Turnaround” “Transformation” kimi menecment alətlərindən böyük məharətlə istifadə etmişdir ki, bunu ölkədə edə biləcək menecerlər barmaqla sayılacaq qədərdir.

Biz də taraz.az olaraq Anar müəllimi təbrik edir və gələcək karyerasında uğurlar arzu edirik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir