Daha 2 bank dollar satışını tamamilə dayandırıb. Söhbət “Amrahbank” və “Expressbank”dan gedir. Banklardan verilən məlumata görə, dollar olmadığı üçün bu gündən etibarən satış dayanıb.
Qeyd edək ki, “Amrahbank” sentyabr ayının 2-də 200 dollar limitlə satış həyata keçirirdi. Eyni həcmdə limitlə avro satışı da reallaşdırılırdı. “Expressbank” isə ötən həftənin sonunda 100 dollar limitlə satış edib. Bununla da dollar satışını dayandırdığını açıqlayan bankların sayı rəsmən 26-ya çatıb. Siyahı belədir:
1 | “AFB Bank” |
2 | “AGBank” |
3 | “Amrahbank” |
4 | “Atabank” |
5 | “Azərbaycan Beynəlxalq Bankı” |
6 | “Bank Avrasiya” |
7 | “Bank of Baku” |
8 | “Bank BTB” |
9 | “Bank Respublika” |
10 | “Bank Silk Vey” |
11 | “Bank Standard” |
12 | “Bank VTB (Azərbaycan)” |
13 | “Dəmirbank” |
14 | “Expressbank” |
15 | “Günaybank” |
16 | “Kapital Bank” |
17 | İran Milli Bankının Bakı filialı |
18 | “Muğanbank” |
19 | “Naxçıvanbank” |
20 | “NBC Bank” |
21 | “Nikoyl Bank” |
22 | Pakistan Milli Bankının Bakı filial |
23 | “Rabitəbank” |
24 | “Unibank” |
25 | “Yapı Kredi Bank (Azərbaycan)” |
26 | “Zıraat Bank (Azərbaycan)” |
fins.az