Search
Amrahbank logo kicik

“Amrahbank” dollarda borc alır

“Amrahbank” ASC-nin 10 milyon dollarlıq istiqraz buraxılışı üzrə yerləşdirmə davam edir.

Bakı Fond Birjasına istinadən xəbər verilir ki, Avqustun 5-i, 9-u və 10-da cəmi 1 milyon 903 min 700 manatlıq istiqraz yerləşdirilib. Məlumata görə, indiyədək yerləşdirilmiş istiqrazların məbləği 7,5 milyon dollara çatıb.

Qeyd edək ki, “Amrahbank” ASC-nin faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya üzrə işlərə ötən ilin sonundan başlanılmışdır.

Emissiyanın ümumi həcmi 10 000 000 ABŞ Dollarıdır. Emissiya hər birinin nominal dəyəri 100 ABŞ Dolları olan 100 000 ədəd istiqrazdan ibarətdir. İstiqrazların tədavül müddəti 6 il 1 ay, istiqraz üzrə faiz dərəcəsi 9%, faiz ödəniş dövrünün müddəti 3 aydan bir müəyyən olunub. Yerləşdirmənin anderrayteri “AzFinance İnvest” QSC-dir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir