Search
ca7a6a756343fa500fd330cc73331f54_XL

AMFA-nın icraçı direktoru BOKT-lar barədə açıqlama verib

Azərbaycanda dövlət qeydiyyatına alınmış 47 bank olmayan kredit təşkilatı (BOKT) olsa da, bunun təxminən yarısı bazarda aktiv fəaliyyət göstərir. Bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva bildirib. Onun sözlərinə görə, BOKT-ların təxminən yarısının fəaliyyəti yox dərəcəsindədir: “20 BOKT bizim assosiasiyaya üzvdür, onların hamısı normal fəaliyyət göstərir. Həmçinin AMFA-nın üzvü olmayan 5-6 BOKT var ki, onlar da bazarda nəzərəçarpacaq paya malikdir. Qalan BOKT-ların isə fəaliyyəti elə də hiss olunmur. Yəni, nə vaxtsa qeydiyyatdan keçsələr də, bu gün onlar camaat arasında elə də tanınmır, aktiv şəkildə kredit vermirlər, bəzilərinin heç dəqiq baş ofislərinin, filiallarının ünvanı məlum deyil”.

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir