Search

“Alfa Sığorta” mənfəətə çıxıb

“Alfa Sığorta” ASC 2013-cü ili 22 min 162 manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2012-ci ili 5 min 986 manat zərər ilə bağlamışdı.

“Marja” şirkətin dərc etditdiyi maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Alfa Sığorta”  4 milyon 476 min 686 manat sığorta haqları, 1 milyon 184 min 944 manat təkrarsığorta haqları toplayıb.

2013-cü ildə şirkətin cəmi gəlirləri 6 milyon 537 min 223 manat, cəmi xərcləri isə 6 milyon 511 min 945 manat təşkil edib.

Ötən il “Alfa Sığorta”nın sığorta ödənişləri 1 milyon 321 min 22 manat, təkrarsığortaya verilmiş sığorta haqları üzrə xərci  2 milyon 40 min 471 manat, işlərin aparılması xərcləri isə 2 milyon 834 min 276 manat təşkil edib.

2013-cü ildə “Alfa Sığorta” ASC-nin nizamanmə kapitalı dəyişməyərək 7 milyon 780 min manat səvəyyəsində qalmışdır. Ötən ilin sonuna Şirkətin cəmi kapitalı isə 8 milyon 43 min 225 manat təşkil etmişdir.

Keçən il “Alfa Sığorta”nın aktivləri 13,2% artaraq 13 milyon 231 min manata çatmışdır. Şirkətin sığorta ehtiyatları isə 3 milyon 384 min 333 manatdan 4 milyon 312 min 866 manata yüksəlmişdir.

Məlumat üçün bildirək ki, “Alfa Sığorta” ASC “Bank Technique” ASC-nin törəmə müəssisəsidir və onun 100% səhmlərinə malikdir. “Alfa Sığorta” ASC 1997-ci ildə “Murad Sığorta” MMC kimi təsis olunub, 2005-ci ildən “Alfa Sığorta” MMC adı altında fəaliyyətini davam etdirib. 2008-ci ildə  “Alfa Sığorta” MMC təşkilati hüquqi formasını dəyişdirərək Açıq Səhmdar Cəmiyyətinə çevrilib.

Mənbə: Marja.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir