Search
logo_agbank_160315

“AGBank”dan Yay Olimpiya oyunlarına pulsuz tur

2016-cı ilin iyunun 22-dən avqustun 21 tarixinə qədər “2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın!”, stimullaşdırıcı lotereya AGBank-ın Visa Kart müştərilərinə Yay Olimpiya oyunlarına qatılmaq imkanı verir.

Lotereyaya qoşulmaq isə çox sadədir. Visa ödəniş kartları ilə Azərbaycan Respublikası ərazisində və ya ondan kənarda yerləşən istənilən ticari-xidmət müəssisəsində və ya xidmətlərin ödənilməsi, istənilən məbləğdə nağdsız əməliyyat aparmaqla siz lotereyanın iştirakçısına çevrilirsiniz. Stimullaşdırıcı lotereyada iştirak etməklə siz, Panasonic Smart TV və ya Samsung Galaxy Smartphone hədiyyələrindən birini də udmaq imkanı qazanacaqsınız.
Lotereyanın şərtləri haqqında www.visa.com.az saytından daha ətraflı tanış ola bilərsiniz.

Məlumat üçün bildirək ki, 1992-ci ildə fəaliyyətə başlayan AGBank “VISA International” beynəlxalq ödəmə sisteminin mühüm üzvüdür. Bank müştərilərinə Visa Infinite, Visa Platinum, Visa Electron, Visa Virtual, Visa Gold, Visa Classic, Visa Gift kartlarını təqdim edir. Visa – kart sahiblərini, ticari-xidmət müəssisələrini, maliyyə və hökumət təşkilatlarını dünyanın 200-dən çox ölkəsində sürətli, təhlükəsiz və etibarlı elektron ödəmə şəbəkəsi ilə təmin edən qlobal ödəniş sistemidir.

Trend




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir