Search
_F0A1995

AccessBank: Kredit vermək üçün banklara uzunmüddətli manat resurslarına çıxış lazımdır

“Bankların müştərilərə kreditlər təqdim edə bilməsi üçün uzunmüddətli manat resurslarına çıxış imkanının olması zəruridir” 

AccessBank-ın İdarə Heyətinin Sədr müavini Şakir Rəhimovun müsahibəsini oxuculara təqdim edirik.

– Salam, Şakir müəllim. İlk öncə ümumilikdə Azərbaycanın bank sektoru haqqında söhbət etmək istərdik. Hazırki iqtisadi şəraitdə bank sektorundakı vəziyyəti necə qiymətləndirirsiniz?

_F0A2014– Ümumilikdə, mən Azərbaycanın bank sektorundakı vəziyyəti heç də asan olmayan kimi xarakterizə edərdim. Nəzərə alsaq ki, banklar ölkə iqtisadiyyatına sıx inteqrasiya olunmuş bazar iştirakçılarıdır, eləcə də, xarici mühitdə baş verən dəyişikliklərə daha çox həssasdırlar, 2015-2016-cı illərdə baş verən əlverişsiz proseslər və makroiqtisadi göstəricilərin pisləşməsi bank sektoruna kifayət qədər mənfi təsir göstərmişdir. Bu proseslər hamıya yaxşı məlumdur. Belə ki, xarici proseslərdən neftin qiymətinin enməsini, qonşu ölkələrin valyutalarının dəyərdən düşməsini və vətəndaşlarımızın digər ölkələrdən pul köçürmələrinin azalmasını, daxilili proseslərdən isə manatın devalvasiyasını, iqtisadiyyatın dollarlaşması və ölkənin ÜDM-in artım templərinin azalmasını qeyd etmək olar. Buna iqtisadi yüksəliş dövründə bəzi banklarda aktivlərin aqressiv artımı prosesi zamanı zəif risk idarəetməsi səbəbindən yaranan problemləri də əlavə etsək, bank sektorunda vaxtı keçmiş kreditlərin əhəmiyyətli dərəcədə artması, likvidlik problemləri və zərərlərlə müşayət olunan həmin çətin vəziyyəti görmüş olarıq.

– Sizin fikrinizcə bank sektorundakı vəziyyətin sabitləşməsi üçün hansı tədbirlərin görülməsi zəruridir?

-Bank sektorundakı vəziyyətin sabitləşməsi üçün zəruri tədbirləri iki istiqamətə bölmək olar: dövlət tərəfindən görülən tədbirlər və bankların özləri tərəfindən həyata keçirilənlər.

Dövlət maliyyə bazarındakı vəziyyəti sabitləşdirmək üçün artıq bir sıra zəruri addımlar atmışdır. Əsas addımlardan biri olaraq əhalinin əmanətlərinin tam sığortalanmasını  qeyd etmək istərdim ki, bu, banklardan əmanət axınının qarşısını dərhal almışdır. Amma nəzərə alsaq ki, əmanətlər əsasən dollar valyutasında saxlanılır, dollar valyutasında olan kreditlərə zəif tələb şəraitində bankların bu vəsaitləri yerləşdirməsi çox çətinləşmişdir. Yekun nəticədə bu, bankların özlərinin əsas fəaliyyətindən – sahibkarların və əhalinin kreditləşdirilməsi fəaliyyətindən kənarda qalmasına gətirib çıxarır. Buna görə bankların müştərilərə kreditlər təqdim edə bilməsi üçün uzunmüddətli manat resurslarına çıxış imkanının olması zəruridir. Təbii ki, bu halda həmin vəsaitlərin banklar tərəfindən yerləşdirilməsinin səmərəliliyini təmin edən bir mexanizm işlənib hazırlanmalıdır.

Mən həmçinin, banklara borcalanlar üzrə riskləri daha yaxşı qiymətləndirməyə və böhran vaxtı bankın əsas xərc kateqoriyalarından olan risk marjasının azaldılmasına imkan verə biləcək kredit bürosunun yaradlmasının vacibliyini qeyd etmək istərdim.

Bankların özlərinin görə biləcəyi tədbirlərə gəldikdə isə, ilk növbədə mümkün qədər tez bir zamanda öz zərərlərini tanımalı və yeni reallığa əsaslanan strategiya hazırlamalıdırlar. Həm beynəlxalq təcrübə, həm də ölkəmizin təcrübəsi onu göstərir ki, bankların öz zərərlərini ehtimal etdikləri gələcək gəlirlər hesabına kompensasiya edəcəklərinə ümid edərək, vaxtında tanımaq istəməməsi gələcəkdə daha böyük zərərlərə gətirib çıxarır.

Digər tərəfdən isə banklar öz aralarında mümkün qədər sıx iş birliyi qurmağa, təcrübə və informasiya mübadiləsi aparmağa çalışmalıdırlar. İqtisadiyyatda “oyun nəzəriyyəsi” adlanan bir anlayış mövcuddur. Bu nəzəriyyəyə görə, əgər oyunçular bir-birinə qarşı müqavimət göstərmək əvəzinə sağlam rəqabət apararaq qarşılıqlı iş birliyində olurlarsa, o zaman bundan daha çox faydalanırlar. Xüsusilə də, böhran zamanı bu daha çox vacibdir, çünki bir bankda yaranan problem bütün bank sektoruna qarşı inamsızlığa gətirib çıxara bilər. Təqdirəlayiq haldır ki, son vaxtlar banklar bir-biriləri ilə daha yaxşı əməkdaşlıq etməyə başlamış və Banklar Assosiasiyası isə bank sektorunda daha fəal rol oynamağa başlamışdır.

-Zərərlərdən danışarkən, qeyd etmək lazımdır ki, banklar problemlərlə üzləşdikdə tənzimləyicinin dəstəyi çox vacibdir. Maliyyə Bazarlarına Nəzarət Palatası elan etmişdir ki, hər bir bank üçün maliyyə sabitliyinin gücləndirilməsi üçün fərdi proqram hazırlayır. AccessBank üçün də müvafiq proqram hazırlanırmı?

  • Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektorunun diaqnostikasını aparmaqdadır. Biz buna çox müsbət baxırıq, belə ki, bu vəziyyətdə tənzimləyicinin hər banka fərdi yanaşması çox vacibdir, çünki hər bankın özünəməxsus problemlərinin olması fərqli qərarların qəbul edilməsini zəruri edir.

AccessBank-da da qeyd olunmuş diaqnostika aparılmışdır. Bu diaqnostikanın nəticələri göstərmişdir ki, bank yaxşı likvidlik səviyyəsinə və kapital adekvatlılığına malikdir. Eyni zamanda, xarici mühitdəki dəyişikliklərə qarşı güclü dayanıqlılığı təmin etmək üçün əlavə addımlar atmaq istiqamətində bizə tövsiyələr olunmuşdur. Qeyd etmək istərdim ki, tənzimləyicinin bütün tövsiyələri bankın təsisçiləri tərəfindən dəstəklənmişdir. Ümumilikdə qeyd edə bilərəm ki, biz həm Palata, həm də Mərkəzi Bankla bütün məsələlər üzrə səmərəli əməkdaşlıq edirik.

Bəs Bank öz səhmdarlarından hansı dəstəyi alır?

– Biz təsisçilərin dəstəyini bütün səviyyələrdə hiss edirik. Misal olaraq AccessBank bu yaxınlarda Qara Dəniz Ticarət və İnkişaf Bankından 17 mln. dollar məbləğində vəsait cəlb etmişdir və Avropa İnvestisiya Bankından 20 mln. avro məbləğində vəsait cəlb etməyi planlaşdırır. Həmçinin ötən il, Beynəlxalq Maliyyə Korporasiyası bankımıza 25 milyon dollar məbləğində subordinasiya krediti vermişdir. Qeyd etdiyim maliyyə institutlarının hamısı bizim təsisçilərimizdir və fikrimcə bu, səhmdarlarımızın bizi dəstəklədiyini açıq-aşkar nümayiş etdirir.

Banklar ölkədə biznesin inkişaf etməsində və müvafiq olaraq iqtisadiyyatın inkişafında mühüm rol oynayır. Sizcə bu gün hansı sahibkarlıq sahələrinin dəstəklənməsi məqsədəuyğun olardı?

– Hazırda daxili istehsalın dəstəklənməsi çox vacibdir. Lakin bununla belə biz hər şeyi özümüz istehsal edə bilməyəcəyimizi və idxal yönümlü biznesin də zəruri olduğunu nəzərə almalıyıq. Mən daxili istehsalatı məhz həmin idxalçılarla təşkil etməyin ən yaxşı variant olduğuna əminəm, çünki onlar sahibkarlıq təcrübəsinə və lazımi bacarıqlara malikdilər. Düşünürəm ki, elə onlar ölkənin “sahibkarlıq kapitalını” təşkil edirlər. Banklar idxalın əvəzləməsinə yönələn daxili istehsalatın inkişaf etdirilməsi üçün müsbət kredit tarixçəsinə malik olan biznes subyektlərinə kredit verməklə məhz burada mühüm rol oyanamalıdırlar. Hal-hazırda daxili istehsalatla məşğul olan müəssisələrin kreditləşməsi bizim bank üçün də prioritetdir belə ki, bizim kredit portfelimizin 90%-i mikro, kiçik və orta sahibkarlara, əsasən də regionlara verilən kreditlərdən ibarətdir.

Gələcək inkişafa dair bankın hansı planları vardır? İndiki iqtisadi şəraitdə bank öz inkişaf strategiyasına düzəlişlər etməyə ehtiyac görürmü?

-Hal-hazırda biz bankın məhsul və proseslərinin optimallaşdırılması və inkişafı üzrə strategiya hazırlamaqdayıq. Biz onları bazarda baş verən dəyişikliklərə daha çox uyğunlaşdırmaq və eyni zamanda nağdsız hesablaşmalar və e-bankinq sahəsində yaranan imkanlardan yararlanmaq istəyirik. İnternet bankinqin inkişaf etdirilməsi bu strategiyanın əsas elementlərindən biridir. İnternet bankinq xidmətini biz ötən ilin oktyabr ayında istifadəyə vermişik və o müştərilər tərəfindən böyük maraqla istifadə olunur. Biz müştərilərimizin bu xidmət kanalını belə müsbət qarşıladıqlarına görə çox şadıq, bu bir daha bu sahədə böyük potensialın olmasından xəbər verir. Bu sahədə atılacaq növbəti addımımız yaxın aylar ərzində mobil bankinqin istifadəyə verilməsi olacaqdır.

Bizim kiçik və orta sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi üzrə strategiyamız dəyişməz olaraq qalır, bu bizim əsas istiqamətimizdir. Həmçinin kənd təsərrüfatı ilə məşğul olan müştərilərə xidmətin göstərilməsi məqsədi ilə regionlarda fəaliyyət göstərməyimiz dəyişməz olaraq qalır.

Sonda sizi növbəti qələbə ilə təbrik etmək istərdik. Bu yaxınlarda AccessBank hər il keçirilən Euromoney mükafatının təqdimat mərasimində “Azərbaycanın ən Yaxşı Bankı” elan edilib. Sizin fikrinizcə ölkənin ən yaxşı bankını nə xarakterizə edir? AccessBank-ı sektorun digər iştirakçılarından nə fərqləndirir?

Hər il dünyanın 70 ölkəsində bank işi, maliyyə və investisiya sahəsində ən yaxşı nailiyyətlərə görə mükafatlar təltif edən dünyanın ən məşhur jurnallarından biri tərəfindən altıncı dəfə “Azərbaycanın ən Yaxşı Bankı” seçilmək bizim üçün çox xoş oldu. Bu mükafat həm yerli bazarda, həm də beynəlxalq maliyyə içtimaiyyəti səviyyəsində Bankın yüksək reputasiyaya malik olduğunu təsdiq edir.

Fikrimcə, bir bankla uzun müddət işləyən və onun xidmətindən razı olan hər bir müştəri öz bankının ən yaxşı bank olduğunu düşünür. Buna görə də daimi müştərilərimizin fikrinə əsaslanaraq məhz operativ xidmət, fərdi yanaşma və rahat filial şəbəkəsinə görə ən yaxşı bank hesab edildiyimizi söyləmək daha ədalətli olardı. Bütün bunların arxasında isə bizim əsas rəqabət üstünlüyümüz olan və bankın gələcəyinə qoyulan əsas sərmayə hesab etdiyimiz əməkdaşlarımızın gərgin əməyi durur.

Банкам необходимо иметь доступ к долгосрочным манатным ресурсам, которые они могли бы предоставлять клиентам

Представляем читателям интервью заместитель председателя правления AccessBank-а Шакира Рагимова.

Здравствуйте, Шакир муаллим. Хотелось бы, в первую очередь, поговорить о состоянии банковского сектора Азербайджана в целом. Как Вы оцениваете ситуацию в банковском секторе в нынешних экономических условиях?

В целом, я бы охарактеризовал ситуацию в банковском секторе Азербайджана как очень непростую. Учитывая, что банки наиболее интегрированные в экономику страны участники рынка, а также априори более уязвимы и чувствительны к изменениям во внешней среде, неблагоприятные процессы и ухудшение макроэкономических показателей в 2015-2016 годах достаточно негативно повлияли на банковский сектор. Эти процессы всем хорошо известны: среди внешних можно отметить снижение цен на нефть, обесценивание валют государств-соседей и снижение денежных переводов наших граждан из других стран, а внутренних – девальвацию маната, долларизацию экономики и снижение темпов роста ВВП страны. Если добавить к этому проблемы, возникшие у некоторых банков из-за слабого риск-менеджмента при агрессивном росте активов в период экономического подъема, то мы получаем ту непростую ситуацию, которая сформировалась в банковском секторе: значительный рост просроченных кредитов, проблемы с ликвидностью и убытки.

А какие меры, по Вашему мнению, необходимо предпринять для стабилизации ситуации в банковском секторе?

Меры, которые необходимо предпринять для стабилизации ситуации на банковском секторе, можно разделить на две части – предпринимаемые государством и реализуемые самими банками.

Государство уже предприняло ряд необходимых шагов, которые помогли стабилизировать ситуацию на рынке. Основным таким шагом я бы назвал решение о полном  страховании вкладов населения, что сразу остановило отток депозитов из банков. Но учитывая, что в основном депозиты хранятся в долларах, банкам оченьсложно размещать эти средства в условиях низкого спроса на долларовые кредиты. В конечном итоге, это приводит к тому, что банки остаются в стороне от своей основной деятельности – кредитования предпринимателей и населения. Поэтому банкам необходимо иметь доступ к долгосрочным манатным ресурсам, которые они могли бы предоставлять клиентам. Естественно, при этом должен быть разработан механизм, гарантирующий эффективность размещения этих средств со стороны банков.

Также я хотел бы отметить важность создания кредитного бюро, которое позволило бы банкам лучше оценивать риски заемщика, что в свою очередь снизило бы риск-маржу, а это – основная категория расходов банка во время кризиса.

Что касается мер, которые могут предпринять сами банки, то, во-первых, это как можно быстрее признать свои убытки и строить свою стратегию исходя из новых реалий. Как международный опыт, так и опыт нашей страны показывают, что нежелание банковпризнавать убытки вовремя, надеясь покрыть их в будущем за счет предполагаемых доходов, приводит в дальнейшем к намного большим потерям.

Во-вторых, банки должны постараться как можно теснее взаимодействовать между собой, обмениваться опытом и информацией. В экономике есть такое понятие как “теория игры”, которое показывает, что от взаимодействия игроки выигрывают намного больше, чем если будут противостоять друг другу, естественно, сохраняя при этом здоровую конкуренцию. Особенно это важно во время кризиса, когда проблемы одного банка могут привести к недоверию ко всему банковскому сектору. Отрадно, что в последнее время банки стали лучше взаимодействовать, а Ассоциация Банков страны стала играть более активную роль в деятельности банковского сектора.

Говоря об убытках, когда банки сталкиваются с проблемами очень важна поддержка регулятора. Палата надзора над финансовыми рынками заявила о том, что готовит для каждого банка индивидуальную программу по усилению финансовой устойчивости. Готовится ли соответствующая программа для AccessBank?

Сейчас Палата по надзору над финансовыми рынками проводит диагностику банковского сектора. Мы очень позитивно относимся к этому, так как в данной ситуации очень важно, чтобы регулятор индивидуально подходил к каждому банку, ведь у каждого из них свои проблемы, соответственно необходимы и разные решения.

В AccessBank тоже проводилась такая диагностика. Ее результат показал, что у банка хорошая ликвидность и достаточность капитала. Одновременно нам рекомендовали предпринять дополнительные шаги для обеспечения большей устойчивости банка к изменениям во внешней среде. Хочу отметить, что учредители банка поддержали все рекомендации регулятора. В целом, я могу сказать, что Банк эффективновзаимодействует по всем вопросам, как с Палатой, так и с Центральным банком.

А какую поддержку банк получает от своих акционеров?

Мы чувствуем поддержку учредителей на всех уровнях. К примеру, AccessBank недавно привлек 17 миллионов долларов от Черноморского банка торговли и развития, и планирует получить 20 миллионов евро от Европейского инвестиционного банка. И в прошлом году, Международная финансовая корпорация выделила банку субординированный кредит в размере 25 миллионов долларов.Все этифинансовые институты являются нашими учредителями, что на мой взгляд, наглядно демонстрирует поддержку со стороны акционеров.

Банки играют важную роль в развитии бизнеса в стране и соответственно развитии экономики. Как Вы считаете, поддержка каких сфер предпринимательства на сегодняшний день была бы целесообразной?

Сейчас очень важно поддерживать внутреннее производство. Но при этом нужно учитывать, что мы не можем все производить сами, и бизнес, ориентированный на импорт, тоже необходим. Я уверен, что внутреннее производство лучше всего налаживать именно с теми же самыми импортерами, потому что у них есть предпринимательский опыт, необходимые навыки. Думаю, что это и есть так называемый “предпринимательский капитал” страны. Именно здесь банки должны играть ключевую роль, выделяя кредиты субъектам бизнеса с хорошей кредитной историей для развития внутреннего производства, направленного на замещение импорта. На данный момент кредитование предприятий, занимающихся внутренним производством, также является приоритетом для нашего банка – около 90 процентов нашего кредитного портфеля  размещено среди микро-, малых и средних предпринимателей, причем преимущественно в регионах страны.

Какие у банка планы по дальнейшему развитию? В нынешних экономических условиях видит ли банк необходимость в корректировке своей стратегии развития?

В данный момент мы разрабатываем стратегию по оптимизации и развитию продуктов и процессов банка. Мы хотим сделать их более адаптированными к изменениям на рынке и одновременно воспользоваться открывающимися возможностями в области безналичных расчетов и e-banking. В частности, развитие интернет-банкинга является одним из основных элементов этой стратегии. Услугу интернет-банкинга мы запустили в октябре прошлого года и она пользуется достаточной популярностью среди наших клиентов. Мы очень рады, что наши клиенты так позитивно восприняли этот канал обслуживания, что еще раз говорит о большом потенциале в этой сфере.Следующим нашим шагом в этой сфере будет запуск мобильного банкинга, который мы планируем осуществить в ближайшие месяцы.

Наша стратегия по предоставлению финансовых услуг малым и средним предпринимателям остается неизменной, это наше основное направление. Также остается неизменным наше присутствие в регионах для обслуживания клиентов, занимающихся сельским хозяйством.

Напоследок хотелось бы поздравить Ваш банк с очередной победой. Недавно, на ежегодной церемонии вручения премии Euromoney AccessBank был объявлен “Лучшим банком Азербайджана”. Скажите, пожалуйста, что, на Ваш взгляд, характеризует лучший банк страны? И в чем заключается конкурентное преимущество AccessBank от других игроков сектора?

Нам было очень приятно в шестой раз быть признанным “Лучшим банком Азербайджана” одним из самых известных журналов в мире, который ежегодно присуждает награды за лучшие достижения в области банковского дела, финансов и инвестиций в 70 странах мира. Эта награда подтверждаетхорошую репутацию Банка как на местном рынке, так и на уровне международного финансового сообщества.

На мой взгляд, каждый клиент, который работает долго с одним банком и доволен его обслуживанием, считает свой банк самым лучшим. Поэтому более справедливо сказать, что по мнению наших постоянных клиентов, мы являемся лучшими по оперативности обслуживания, индивидуальному подходу и удобной филиальной сети. А за всем этим стоит упорный труд наших сотрудников, которых мы считаем нашим основным конкурентным преимуществом и основным вкладом в будущее банка.

Trend




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir