Haqqımızda

20150828_114350

Saytın Baş redaktoru haqqında

Zahid Fərman oğlu Şaliyev 06 iyun 1980-ci ildə anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində 22 saylı orta məktəbdə almışdır. O, Azərbaycan Dövlət İqtisad Universitetini İstehlak Mallarının Ekspertizası ixtisası üzrə bitirərək elə bu ixtisas üzrə Magistr dərəcəsi almışdır. 2005-2008-ci illərdə İqtisadi İslahatlar Mərkəzində Makroiqtisadiyyat ixtisası üzrə Doktorantura təhsili almışdır.
Tələbəlik illərində təşkilati işlərlə də məşğul olan Zahid Şaliyev Marketoloq Reklamçılar İctimai Birliyinin həmtəsisçisi olmuşdur. Hazırda təşkilatın sədr müavinidir.

Əmək fəaliyyətinə 2003-cü ildə İqtisadi İnkişaf Nazirliyinin Ekspertiza Mərkəzində başlamış və orada müxtəlif vəzifələrdə işləmişdir. O, Azərbaycanda Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən müxtəlif layihələrin icrasında yaxından iştirak etmiş və yerli sahibkarların inkişaf etmiş dünya təcrübəsinə yiyələnməsi istiqamətində bir çox təlimlərin təşkilatçısı olmuşdur. Bu istiqamətdə dünyanın aparıcı təşkilatlarının təlimlərində iştirakçı və təşkilatçı qismində iştirak etmişdir (ABŞ Milli Alyansının Yeyinti Məhsullarının Təhlükəsizliyi və Keyfiyyəti İnstitutu, ABŞ-ın Luiziana Universiteti, Beynəlxalq Yeyinti Məhsullarının Təhlükəsizliyi və Keyfiyyəti İnstitutu, ABŞ-ın Yeyinti Məhsullarının İstehsalçıları İnstitutu (FPİ), ABŞ-ın Yeyinti Məhsullarına və Dərman Preparatlarına Nəzarət İdarəsi (FDA), ABŞ-ın Ticarət Nazirliyi, Türkiyə Tarım və Köy İşləri Bakanlığı və s.).
Zahid Şaliyev Norveçin DNV Şirkəti ilə birgə Beynəlxalq Keyfiyyət Menecmenti (ISO 9001-2000) sisteminin yerli müəssisələrə tətbiq edilməsi sahəsində əhəmiyyətli iş təcrübəsinə malikdir.
O, bank-maliyyə sahəsində iş fəaliyyətinə 2006-cı ildə ABŞ-ın FİNCA təşkilatında başlamışdır. Zahid Şaliyev FİNCA təşkilatında Mikro və KOS biznes subyektlərinin maliyyələşdirilməsi üzrə 4 illik əmək təcrübəsinə malikdir. O, Bu müddət ərzində yüzlərlə sahibkarlıq subyektlərinə maliyyə-kredit, maliyyə-konsaltinq xidmətləri göstərmiş və onlarla kredit mütəxəssisləri hazırlamışdır ki, hazırda bu mütəxəssislər Respublikanın müxtəlif Banklarında rəhbər vəzifələrdə çalışırlar.
Zahid Şaliyev 2011- ildə Rabitəbank rəhbərliyinin göstərdiyi etimada əsasən bankda layihə meneceri kimi fəaliyyətə başlamışdır. İki illik fəaliyyət dövrü ərzində o, Mikro-Biznes subyektlərinin maliyyələşdirilməsi sahəsində kredit məhsulu siyasəti və işçi hazırlığı üzrə mühüm irəliləyişə nail olmuşdur. Bu sahədə bir çox beynəlxalq maliyyə təşkilatları ilə yaxından əməkdaşlıq etmiş (EBRD, GAF, Frankfurt School of Finance & Management ) və bankda ideal satış komandasının yaradılmasında mühüm rol oynamışdır. Zahid Şaliyevin bank bazarındakı nailiyyətləri Turan Bank rəhbərliyinin diqqətindən yayınmadı. 2013-cüildə O, Turan Bank ASC-nin Mikro-Biznes şöbəsinə rəhbərlik edir. Hazırda TuranBank ASC-nin bütün filial şəbəkələrində onunrəhbərlik etdiyi peşəkar mikro-biznes komandası silsilə nailiyyətlərə imza atmaqdadır. Zahid Şaliyev eynizamanda müstəqil ekspert kimi iqtisadi təhlillər aparır və biznes, bank-maliyyə sahəsində təlim proqramları həyata keçirir.

Zahid Şaliyev hal hazırda “İqtisadi-Maliyyə Maarifçiliyi İctimai Birliyi”-nin sədridir.

Sayt Haqqında

Siz “BankNews”-la,  24 saat ərzində bank xəbərləri, isti kampaniyalar, məsləhətlər, vakansiyalar, dəyərli  müsahibələr,  bankların təklif etdiyi digər  məhsul və xidmətlər haqqında daim məlumat əldə edə biləcəksiniz.

Bununla yanaşı siz   “KREDİT SİFARİŞİ” bölməsindən qeydiyyatdan keçərək qısa zaman ərzində asan  kredit götürmək imkanını əldə edəcəksiniz.

EKSPERTƏ SUAL” bölməsində Siz “BankNews”-un təcrübəli ekspertlərinə öz təkliflərinizi, şikayətlərinizi, kreditlə bağlı sizə qaranlıq qalan məqamları və bu kimi digər məsələləri 24 saat ərzində yazıb göndərə bilərsiniz.

“BankNews” -da siz bütün suallarınıza cavab tapacaqsınız.

“BankNews”-u daim izləyin.