Search
SOCAR-123-421x280

2016-cı ildə SOCAR büdcəyə 662 mln. manat köcürüb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ilin iyun ayında dövlət büdcəsinə 98,961 mln. manat vəsait ödənilib.

Qeyd edək ki, ümumilikdə, 2016-cı ilin birinci yarısında büdcəyə 661,742 mln. manat vəsait ödənilib.

Bundan əlavə, bu ilin iyun ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12,173 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin iyun ayı ilə müqayisədə 231 min manat və ya 1,9 faiz çox olub.

Eyni zamanda bu ilin yanvar-iyun aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 69,532 mln. manat təşkil edib.

BBN.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir