Search
photo_42573

1 İYUL təqvimdə

1751-ci il. Dünyanın ilk ensiklopediyasının ilk cildi nəşr edilib. “İncəsənət və sənətkarlığın ensiklopediyası və ya elmin izahlı lüğəti” adlanan nəşrin ideyası hələ 1747-ci ildə fransız yazıçısı və dramaturqu Deni Didro tərəfindən irəli sürülüb. Didro bu layihənin həyata keçməsinə 25 il vaxt sərf edib. Nəşr 35 cilddən ibarət olub.

1966-cı il. Kanadanın Toronto şəhərindən ilk rəngli televiziya yayımına başlanılıb.

1979-cu il. “Sony” şirkəti ilk portativ audio cihaz olan “Walkman” pleyerini satışa çıxarıb. Yeni cihaz “Sony” şirkətinin yaradıcısı Akio Moritanın dünya səyahətləri zamanı opera musiqisinə qulaq asa bilməsi üçün yaponiyalı mühəndis Nobutoşi Kihara tərəfindən hazırlanıb.

1961-ci il. İngiltərə kral ailəsinin ən tanınmış üzvü hesab edilən Uels şahzadəsi Diana Spenser (Ledi Di) Norfolk qraflığında məşhur zadəgan ailəsində anadan olub. Onun Böyük Britaniya krallığının vəliəhdi şahzadə Çarlzla evliliyindən Uilyam və Harri adlı övladları dünyaya gəlib. Ledi Di mərhəməti və xeyriyyə aksiyalarında fəal iştirakı ilə tanınırdı. Şahzadə Diana 1997-ci il avqustun 31-də Parisdə Pont de l’Alma tunelində baş vermiş yol qəzasında faciəli şəkildə həlak olub.

AzərTac


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir